“Omax Sənaye Qrupu” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat köçürdü
23.03.20201407Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin koronavirus (COVID-19) infeksiyasına Azərbaycanda yoluxma hallarının qarşısını almaq məqsədilə səsləndirdiyi çağırışa “OMAX Sənaye Qrupu” MMC də qoşulub.
“OMAX Sənaye Qrupu” MMC cənab Prezidentin imzaladığı 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat vəsait köçürüb.