Metal konstruksiya kəsimi, inşaat və istehsalın müxtəlif sahələrində zəruri olan, on illərdir inkişaf edən və təkmilləşən texnoloji bir prosesdir. 15-20 il əvvəlin texnologiyaları ilə müqayisədə müasir avadanlıqların dəqiqliyi və məhsuldarlığı bir neçə dəfə artıb.
Bununla yanaşı, keyfiyyətli məhsul istehsalını ardıcıl olaraq yüksək səviyyədə təmin edən yeni emal materialları ərsəyə gəlib. Materiala təsir xüsusiyyətindən asılı olaraq, metal kəsimi mexaniki və termal ola bilər. Həmçinin, idarəetmə üsuluna əsasən kəsim əl və avtomatlaşdırılmış şəkildə həyata keçirilir.
Metal kəsimi
“Omax Industrial Group” şirkəti arzu etdiyiniz ölçülər və xüsusi sifarişiniz əsasında lazer və plazma kəsim xidmətləri təklif edir. Şirkət əsasən avadanlıq, aerokosmik və alət sənayesi müəssisələri üçün lazer kəsim, qaynaq, markalanma üzrə işlər həyata keçirir. Metal kəsimi həm peşəkar mütəxəssis, həm də keyfiyyətli avadanlıq tələb edən kifayət qədər çətin prosesdir. Mütəxəssislərimiz metal kəsimini yüksək səviyyədə həyata keçirirlər. Avadanlıqlarımız isə bütün dövlət tələblərinə və standartlarına cavab verir.
Metal kəsim növləri
“Omax Industrial Group” şirkətinin mütəxəssisləri metal konstruksiya kəsimini bütün geniş yayılmış üsullar vasitəsilə həyata keçirir. Belə ki, müştərilərimizə aşağıdakı metal kəsim növlərini təklif edirik:
Abrasiv kəsim
Bu texnologiya ideal bərabər kənarları və sıfır səviyyəsində əyriliyə malik hazır iş materialları əldə etməyə imkan verir. Metalların abrasiv kəsimi ölçüsünə görə təchizat işlərinin həyata keçirilməsi üçün ən yaxşı seçim hesab olunur.
Qazla kəsim
Yüksək məhsuldarlığı səbəbindən bu kəsim üsulu günümüzdə ən çox tələb olunan üsullardan birinə çevrilib. Bu üsulun digər üstün cəhətləri aşağı qiymət və geniş çeşiddə hazır məhsulların müxtəlif diametrlərinin olmasıdır.
Lent mişarla kəsim
Bu ənənəvi metal emalı texnologiyası öz mövqeyini əldən vermir və hər il bu sahədə yeniliklərin şahidi oluruq. Lent mişar dəzgahları sayəsində demək olar ki, istənilən materialı kəsmək mümkündür. Həmçinin, bu dəzgahlar ilə materialı müəyyən küncdən kəsmək və arzuolunan parametrlərlə dəqiq uyğunluq əldə etmək mümkündür. Bunu isə digər kəsim növləri ilə etmək mümkün deyil. Həmçinin qeyd etmək lazımdır ki, bu növ ilə kəsilmə yerinə əlavə düzəlişlər etməyə ehtiyac yaranmır.
Plazma kəsim
Metalların kəsilməsinin bu üsulu məhsuldar və qənaətlidir (bu zaman yalnızca elektrik enerjisi, hava, ucluqlar və elektrodlar tələb olunur) və əsasən 120 mm-ə qədər materialların (yüngül lehimli polad, çuqun, mis, alüminium və ərintilər) emalında istifadə olunur.
Kəsim prosesindən sonra, emal edilmiş metal məhsullar soyudulur, paketlərə qoyulur və təyinat yerlərinə çatdırılması üçün maşına yüklənilir. Menecerlərimiz ilə əlaqə saxlayaraq istənilən kəsim növünü sifariş edə bilərsiniz. Zəng edin. Sifarişinizi qəbul etməkdən və ən yüksək səviyyədə lazımi xidmət göstərməkdən məmnun olarıq.