Axtarış

İstixanaların quraşdırılması

Şirkətimizin daha bir özəlliyi ondan ibarətdir ki, layihələrin ilk mərhələsindən sonunadək, habelə tamamlanmasımn ardından istixanaya aid müxtəlif xidmətlər ilə müştərilərə dəstək olmaqdır. «Omax Sənaye Qrupu» sizə konsaltinq, logistika, təlim, tikinti-təmir və istixana kompleksləri hissələrinin satışmı və xidmətlərini təklif edir. Kənd təsərrüfatı biznesinə yatırım etməzdən əwəl peşəkar komandamız müştərilərə düzgün istiqamət planı, məlumat və məsləhətlər verir.

İstixana İsitmə sistemləri

İstixanalarda (parnik) istilik sistemi tam avtomatlaşdırılmış və 5000-6000 m2 ölçülərində olması şərti ilə sektorlara bölünür. Bölünmüş sektorlara ayrılıqda kollektorlar quraşdırılır. İstilik sistemi yer, bitki ve novaltı isitimədən ibarətdir. Qazanların odluqlari təbii qaz, dizel yanacağı və sürtgü materialları ilə çalışdırıla bilir.

Əlavə olaraq təbii qazdan istifadə zamanı yaranan C02, bitkilərin qidalanmasmda tətbiq olunur. Müştərinin istəyinə uyğun olaraq C02 qidalandırma sistemi də tərəfimizdən quraşdırılır. Sözü gedən qurğunun tətbiq olunması zamanı, istixana layihəsinə əsasən müxtəlif ölçülərdə isti su rezervuarının (Buffer Tank) quraşdırılması vacibdir. Bu sistemin tətbiqi nəticəsində məhsuldarlıq 10-15% artır.

İstixana ultra iqlim sistemi

İstixana (parnik) ultra iqlim texnologiyanm məqsədi isti iqlimlərdə, yay aylarında istixana daxilində havanm hərarətini 22-24 dərəcəyə düşürərək yüksək məhsuldarlıq əldə etmək və ya yay aylarında məhsul istehsalını dayandırmamaq, eləcə də sojmq iqlimlərdə bitki yetişdirməyə imkan yaratmaqdır. Bu sistemdə pəncərə sistemlərindən istifadə edilmir, bütöv istixana qapalı olmaq şərti ilə havam xaricdən almır.

Soyutma yastıqları xaricdən alınan havanı nov altında quraşdırılan brandalar vasitəsi ilə içəriyə ötürür. Ultra klima vasitəsi ilə istixananın daxilinə verilən havanın bir hissəsi iqlimə nəzarət sisteminin dəyərlərinə əsasən istixananın yuxarısında yerləşdirilən pərlər ilə xaric edilir. Digər hissəsi isə bağlı otağa alınaraq dövrijyə sisteminə inteqrasiya edilir və istixana daxilində havamn hərarətini tam nəzarətdə saxlamaq mümkün olur.

İstixana nəmləndirmə sistemi

İstixana – parnik nəmləndirmə sistemi isti hava şəraitində istixanalarda rütubət və hava dərəcəsini tənzimləmək üçün nəzərdə tutulub. Sistem tam avtomatlaşdırılmış, paslanmayan polad borular və İtaliya istehsalı olan yüksək təzyiqli nasoslardan (70-100 bar) ibarətdir.

İstixana pərdə mexanizmi

İstixana – parnik örtük mexanizmi sistem sayəsində istixana daxilində iqlimə və enerji itkisinin qarşısmın alınmasına nəzarət etmək mümkündür. Quraşdırılan PUSH PULL pərdə mexanizmasında istifadə olunan pərdənin tərkibindəki xüsusi aliminium tellər, isti havalarda zərərli günəş şüalarının istixana daxilinə keçməsinin qarşısını alır, soyuq hava şəraitində isə havanın hərarətinin saxlamlmasına köməklik edir.

İstixana suvarma sistemi

Sulama sistemi tam avtomatlaşdırılmışdır. Bu sistemə damcı suvarma, drenaj sistemi, avtomatik sulama qurğusu, meteoroioji nəzarət sistemi, gübrə hazırlanması üçün vahid bir sistem daxildir. Müştərinin istəyinə əsasən gübrələrə qənaət (20-25%) etmək üçün, sulama sisteminə drenaj su təmizləmə və gübrənin təkrar istifadə sistemi əlavə olaraq quraşdırılır. Gübrə təmizlənməsi ozon və ultrabənövşəyi şüalanma vasitəsi ilə həyata keçirirlir.

İstixanalarda elektrik sistemi

İstixanalarda elektrik sistemi, hər qovşaqda gərginlik düşməsi və enerji fazalarının yerləri dəyişdiyində özünü qorumaya alacaq şəkildə fəaliyyət göstərir. İstifadəsi rahat olması üçün istixana daxilində 220V-380V gücündə elektrik yuvaları quraşdırlır.

Dəmir bitki yetişdirmə yataqları

Dəmir bitki yetişdirmə yataqları cocopeats və digər torpaqsız bitki yetişdirmə sistemlərində istifadə olunur. Metal lövhələr 50-60sm enində olmaqla yanaşı, antibakterial boya ilə hər iki tərəfdən izolyasiya olunur. Bu yataqlar istixana sisteminə asılmaq üçün xüsusi avadanlıqdan keçirilir.

İstixana havalandırma sistemi

Havalandırma sistemi istixananın üstündə və yanlarmda yerləşdirilən tək və yaxud cüt avtomatlaşdırılmış pəncərələr, eləcə də sirkulyasiya pərləri vasitəsi ilə işləyir.
İstixana fotosintez lampası

Tətbiq edilmiş işıqlandırma sistemi, nəzarət olunan şəraitdə yetişdirilən bitkilərin istehsalı üçün həlledici əhəmiyyət kəsb edir. İşığm fərqli ölçülərini nəzərə alaraq, adətən fotoperiod (günün uzunluğu), işığın miqdarı və işıq keyfiyyəti (paylama) üzərində konsentrə olunur. İşıqlanmanın koordinasiyasi vacib element olaraq işıqların proporsional şəkildə bütün istixana kompleksinə paylanmasım nəzərdə tutur. 

Yeni istixananm istifadəyə verilməsi, həmçinin bitkilərin işıqlanma sisteminin fotoardıcılıqını, əlavə və yeganə işıqlanma mənbəllərinin seçimi zamanı işıqlanmanın koordinasiya olunması nəzərə alınmalıdır. İstixana məhsullarmın yetişdirilmə zamanı, ışıqlanma konsistensiyası işıq enerjisi qədər zərüridir. İşıqlanmanm əlaqəli qurulması bilavasitə məhsullara təsir edən amillərdəndir. İşıq, bitkilərin inkişafım istiqamətləndirir, həmçinin bitkilərin su istifadəsinə təsir edir.

Reverse osmosis sistemi

Reverse osmosis sistemi su təmizləmə qurğusu olub, istixanamn gündəlik tələbatına uyğun təmiz su istehsal etmək gücünə malikdir. İstixanada istifadə olunan suyun tərkib hissəsi suvarma sisteminin tələblərinə uyğun olduğu halda, bu sistemə ehtiyac qalmır.

Bitkilərə qulluq üçün avadanlıqlar

Müştərinin tələbinə əsasən istixanalarda istifadə olunan bitkilərə qulluq arabaları, yığım arabaları, toplama qoşquları, elektrikli avtomobillər və yükqaldmcılar, eləcədə bütün zəruri aksesuarlar “Omax Sənaye Qrupu» tərəfindən təmin edilir.