Axtarış

Çatdırılma və loqistika

Şirkət anbar sənədlərinin rəsmiləşdirilməsi və tıxaclarda vaxt itkisi kimi məsələləri həll etməyi öz üzərinə götürür. Metalın maşına yüklənmə ardıcılığına diqqət edərək, məhsulunuzu ekspeditorun müşayiəti ilə təyinat yerinə çatdıracağıq.

Sifariş etdiyiniz məhsulların sizə vaxtında çatdırılacağına əmin ola bilərsiniz. Şəxsi avtoparkımız və yüksək ixtisaslı logistika mütəxəssislərimiz sayəsində metal məhsullarını Azərbaycanın müxtəlif nöqtələrindəki tərəfdaşlarımıza çatdırırıq. Metalın çatdırılması ağır yük maşınları ilə həyata keçirilir. Məhsul təhvil verildikdə müştəriyə sertifikatlar, hesab-faktura,  əmtəə-nəqliyyat qaiməsi və s. kimi müvafiq sənədlər təqdim olunur.
 
Şirkətimizin uğur sirri çox sadədir. Öz işimizi sevirik və ona məsuliyyətlə yanaşırıq. Əməkdaşlarımız şəxsən keyfiyyətli işlə maraqlanan ən yüksək səviyyəli peşəkarlardır. 
Sizə təqdim etdiyimiz məhsulları sözsüz ki, digər şirkətlərdən də əldə etmək mümkündür. Bizdən məhsul əldə etməyin üstün cəhəti keyfiyyətə olan zəmanətdir. Şirkətimiz metal konstruksiyaları sərfəli qiymətlərlə təklif edirik.

Şirkətimizin mütəxəssisləri metalın çatdırılmasını ən qısa müddətdə həyata keçirə bilərlər. Yalnız yüksək keyfiyyətli metalın çatdırılması deyil, həm də şirkətin təklif siyahısında təqdim olunan digər məhsulların çatdırılması da mütəxəssislər tərəfindən həyata keçirilir. Əlaqə nömrələrimizə zəng edərək metal çatdırılmasını sifariş edə bilərsiniz. Menecerlərimiz daim xidmətinizdədir. Menecerlərimiz məhsullar, onların dəyərləri və əlavə əməkdaşlıq şərtləri barədə suallarınıza cavab verməkdən məmnun olacaqlar.

Şirkətin rəqabət qabiliyyətini artırmaq, müştərilərimizin ehtiyaclarını və istəklərini ən yaxşı şəkildə təmin etmək üçün əlimizdən gələni edirik. Şirkətimiz ekspeditorun müşayiəti ilə metal çatdırılması, həmçinin sinklənmə və metal kəsim xidmətləri təklif edir.