Axtarış

Toz boya rəngləmə

Toz boya rəngləmə metalların səthlərin boyanması və qorunması üçün istifadə olunan müasir bir üsuldur. Bu zaman, toz hissəciklərindən ibarət maye örtük boyanacaq hissəyə tətbiq olunur. Bu hissəciklər isə elektrostatik cazibə qüvvəsi sayəsində səthi boyayır. Kiçik toz hissəcikləri yüksək temperaturda əriyir, polimerləşir və vahid yüksək keyfiyyətli örtük əmələ gətirir.

Toz boya rəngləmənin mahiyyəti

Toz boya təmizlənmiş səthin üzərinə püskürdülür. Çiləmə prosesi zamanı toz boya hissəcikləri xarici mənbədən və yaxud sürtünmə yolu ilə elektriklə təmin olunur. Toz boya hissəcikləri elektrik sahəsi ilə əks yüklənməyə malik olan rənglənəcək sahəyə köçürülür. Məhsul üzərində istifadə olunmamış toz boya hissəcikləri sprey kamerasında saxlanılır və yenidən istifadə oluna bilər. Bu isə adi maye boyalarda mümkün deyil. Bundan sonra, toz boya ilə rənglənmiş məhsul boyanın hopması üçün polimerləşmə kamerasına yerləşdirilir. 

Toz boya əsasən aşağıdakı hallar üçün istifadə olunur:

  • İstənilən metal komponentlərinin rənglənməsi;
  • Selsi şkalası üzrə 200 dərəcəyə qədər istiliyə tab gətirən hazır metal məhsulların rənglənməsi;
  • keramika və divar daşlarının rənglənməsi; 
  • MDF və şüşələrin rənglənməsi.

Toz boya ilə rənglənə biləcək məhsulların sayı kifayət qədər çoxdur. Bəzi sənayə sahələrində toz boyalardan istifadə hallarının xüsusən yüksək templə artdığı müşahidə edilir. Buna misal olaraq neft yataqlarında qazma boruların daxili səthlərinin boyanmasını göstərmək olar. Aydındır ki, bu borulardan yüksək təzyiq, temperatur və korroziya kimi mühit amillərin mövcud olduğu bir şəraitdə istifadə olunur. Bütün bu amillər isə nadir istisnalar olmaqla, demək olar ki, bütün boya örtüklərinə dağıdıcı təsir göstərə bilər. 

Toz boya rəngləmənin əsas üstün cəhətləri 

Toz boya rəngləmə səthi yaxşı qoruyur. Boya 35-250 mikron qalınlığında sıx bir təbəqə əmələ gətirir və məsamələrin sayı azlıq təşkil edir. Toz boyanın bir qatı 2-3 adi boya qatını əvəz edir. Hamar, davamlı örtük cızılmır və daşınan zaman zədələnmir.

İş texnologiyası havaya püskürdülmüş boyanı təkrar istifadə üçün toplamağa imkan verir. Bununla da, itki minimuma endirilir və ümumi kütlənin 1-4% -ni təşkil edir. Metalın rənglənmə prosesi asandır, ağır iş deyil və çox sayda işçi tələb etmir. Bütün bu amillər bir kvadrat metr üzrə tətbiq olunan xərcləri azaldır.

Bu şəkildə boyanmış metal korroziyaya uğramır. Metal məhsulların rəngi günəş işığı altında solmur və istənilən hava şərtlərində rəngi, keyfiyyəti dəyişməz olaraq qalır. Geniş çeşiddə rəng seçimi bürünc, qranit və gümüş rəngin mürəkkəb çalarlarını yaratmağa imkan verir. Boyalar həm mat, həm də parıltılı şəkildə mövcuddur.