Axtarış

Özəl sifarişlərin hazırlanması

«Omax Sənaye Qrupu» istixana sistemləri üçün ən yaxşı həll yollarını tapmaq üçün mütəxəssislər və mühəndislərin təcrübəsindən və biliklərindən istifadə edir. Məqsəd, istehsal olunan müasir istixanaları ən incə detallarda belə möhkəm və uzun ömürlü və ən son texnologiya ilə təmin etməkdir. Mühəndislərimiz istixana layihələrini hazırlayarkən, istixana qurulacaq olan bölgənin ən az 10 illik statik və texniki meteoroloji məlumatlarını nəzərə alırlar.

Layihələrimizdə iqlim, torpaq və istehsal olunacaq məhsul ağırlığına görə, istixananın dözümiülüyünə və daxilindəki malların rahatlığına lazımi şərtlərlə zəmanət verilir. «Omax Sənaye Qrupu» istixananın avtomatlaşdırma sistemlərini internet üzərindən uzaq bağlantı ilə idarə etməkdədir.

«Omax Sənaye Qrupu» hədəfi Müasir İstixana sistemində yağış axını kanalı, klips profilləri, qramiyer, havalandırma pərdə və sinək tülü bir yerdə və bir biri ilə ahəng şəklində maneasiz çalışdırmaqdır. Eyni zamanda isitmə, karbondioksid və suvarma sistemləri də istixana ilə bir yerdə dizayn edilir.

Açar təslim edilən istixana obyektlərimizdə: qazan daxil olmaqla isitmə sistemi, asqılı yetişdirmə yatağı, karbondioksid və sisləmə sistemi, suvarma və gübrələmə avtomatlaşdırılması, isti və kölgə pərdəsi montajı ilə birlikdə, layihə daxilində edilməkdədir.

«Omax Sənaye Qrupu» istixana sistemlərinin quraşdırılması zamanı çalışan işçilərinə ən yüksək standartlara uyğun təlim verir və quraşdırma zamanı mühəndislərlə birlikdə layihənin uyğunluğuna nəzarət edir.